XƏBƏR, HADİSƏ
14-07-2020, 09:00

İntensiv yağan yağış suları Seyfəli zonasında evlərə dolub

İntensiv  yağan yağış suları Seyfəli zonasında  evlərə dolub

Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı Seyfəli, Abbaslı və Mehirli kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələri yağış suları ilə dolub.

Eyni zamanda intensiv yağışlar nəticəsində “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksində lillənmə baş verib və Şəmkir şəhərinin içməli su təminatında qısamüddətli problemlər yaranıb.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hazırda əraziyə baş çəkib və problemin aradan qaldırılması üçün rayon Fövqaladə Hallar Komissiyasının üzvlərinə tapşırılar verib.

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, habelə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi texnikaları yağış sularının dolduğu ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Son Xəbər