XƏBƏR, MANŞET-SLAYDER, HƏRBİ
13-07-2020, 00:21

Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi ermənistanı təşvişə salıb

Azərbaycan xalqının yüksək əhval-ruhiyyəsi ermənistanı təşvişə salıb

Azərbaycan xalqının yüksək əhval-ruhiyyədə olması ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub.

Qərbinfo.az xəbər verir ki, buna səbəb, xalqımızın qısa zaman ərzində bir araya gələrək öz əsgərinə dəstək olduğunu və şəhid olmuş iki hərbiçimizin dəfn mərasimində baş verən hadisələri əks etdrən video görüntülərin yayılması olub.

Yayılan video görüntülərdə Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz rayonu hissəsində Ermənistan tərəfinin törətdiyi növbəti təxribat cəhdinin qarşısının alınması zamanı baş verən toqquşmada şəhid olmuş iki hərbi qulluqçumuzun dəfin mərasimində baş verən hadisələr əks olunub. Qeyd edək ki, şəhidlərimiz xalqımızın alqış sədaları altında son mənzilə yola salınıb.

Tural Əliyev






Son Xəbər