XƏBƏR, MANŞET-SLAYDER, HADİSƏ
12-07-2020, 08:00

Şəmkirdə mikroavtubus aşdı-FOTO

Şəmkirdə mikroavtubus aşdı-FOTO
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Qerbinfo.az-ın məlumatına görə, hadisə rayonun İrmaşlı kəndi yaxınlığında qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində Qazax rayon sakini, 20 yaşlı Zeynəb Yolçiyeva, Tovuz rayon sakini, 30 yaşlı Xaliq Ələsgərov, Tovuz rayonunun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Rəşad Əliyev yüngül bədən xəsarətləri almış, tibbi yardım göstərildikdən sonra evə buraxılmışlar.

Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.

Qeyd edək ki, avtoqəzaya səbəb mikroavtobusun sükanının qəfildən kilidə düşməsi olub.

Şəmkirdə mikroavtubus aşdı-FOTO
Şəmkirdə mikroavtubus aşdı-FOTO






Son Xəbər