XƏBƏR, SOSİAL
10-07-2020, 20:19

Bakıdan Avropaya uçuşlar bərpa edilir

Bakıdan Avropaya uçuşlar bərpa edilir

Artıq Avropa istiqamətində reyslər açılır. Bununla bağlı AZAL tərəfindən danışıqlar aparılır. Bakı-London-Bakı istiqamətində həftədə bir dəfə reyslər həyata keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Almaniya ilə də danışıqlar aparılır: "Bakı-Berlin istiqamətində reyslərin açılması gözlənilir. Eyni zamanda, Rusiya ilə də danışıqlar gedir".






Son Xəbər