XƏBƏR, SOSİAL
10-07-2020, 14:54

Gömrük Hospitalı vakansiya elan etdi

Gömrük Hospitalı vakansiya elan etdi

COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Mərkəzi Gömrük Hospitalı vakant yerlər elan edib.

Pandemiya dövründən asılı olaraq müddətli işə qəbul ediləcək personal COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsinə cəlb olunacaq.

Qərbinfo.az xəbər verir ki,hospital aşağıdakı vakansiyalar üzrə tibb işçilərinə ehtiyac olduğunu bildirib:

Həkim

Vakansiya tələbləri:

– Ali tibb təhsili;

– Səhiyyə Nazirliyinin sertifikasiyası

– Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

– Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;

– Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək;

– Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək;

– Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

– Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

– Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək;

– Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək;

– Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;

Tibb bacısı (qardaşı)

Vakansiya tələbləri:

– Orta tibbi təhsil (tibb bacısı, mama, feldşer)

– Səhiyyə Nazirliyinin sertifikasiyası

– Tibb sahəsində minimum 3 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

– Həkiməqədər tibbi yardım göstərmək.

– Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirmək.

– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək.

– Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək.

– Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparmaq.

– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

– Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirmək.

– Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik etmək.

– Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirmək.

– Sanitariya-gigiyenik rejim, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların xəstəxanadaxil infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirləri həyata keçirmək.

Kiçik tibb işçisi

Vəzifə öhdəlikləri:

– Tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq etmək.

– Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin etmək.

– Xəstələrə qulluq, əşyalarının istifadəsi və saxlanılmasının düzgünlüyünü izləmək.

– Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirmək.

– Ağır xəstələrin daşınmasında iştirak etmək.

– Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirmək.

Xadimə

Vəzifə öhdəlikləri:

– Otaqları, dəhlizləri, pilləkənləri yığışdırmaq.

– Mebelin, xalça materiallarının tozunu təmizləmək; divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə süpürmək və yumaq.

- Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

– Duş, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparmaq.

– Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlamaq.

– Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

Porter

Vəzifə öhdəlikləri:

– Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

– Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

– Ağır xəstələrin daşınmasında iştirak etmək.

– Döşəmələri, pilləkənləri, pəncərələri aparatların köməyi ilə yumaq.

Maraqlanan namizədlər CV-lərini info@customshospital-az ünvanına “Covid-19” başlığı ilə göndərə bilərlər.






Son Xəbər