XƏBƏR, DÜNYA
10-07-2020, 12:23

Qazaxıstanda 13 iyul matəm günü elan edildi

Qazaxıstanda 13 iyul matəm günü elan edildi

Qazaxıstanda son sutka ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Qərbinfo.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində 1962 nəfərdə Covid-19 aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 53 min 21 nəfərə çatıb. Ümumilikdə isə 264 nəfər dünyasını dəyişib.

Qazaxıstanın Səhiyyə Nazirliyi ölkədə 3 mindən çox tibb işçisinin çatışmadığını bəyan edib.

Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayev koronavirus infeksiyasından ölənlərin xatirəsinə iyulun 13-nün ölkədə matəm elan edilməsi haqda sərəncam verib.






Son Xəbər