XƏBƏR, SOSİAL
9-07-2020, 18:25

Subbakalavrların ərizə qəbulu sabah başa çatır

Subbakalavrların ərizə qəbulu sabah başa çatır

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Qərbinfo.az -a verilən məlumata görə, bu gün saat 15:20-dək elektron ərizələr verən subbakalavrların sayı 18013-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 16143-dür.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1–dən başlanılıb. Elektron ərizə qəbulu sabah saat 23:59-da başa çatacaq. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.






Son Xəbər