XƏBƏR, SOSİAL
9-07-2020, 14:53

DİM abituriyentlərə müraciət etdi

DİM abituriyentlərə müraciət etdi


Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

Qərbinfo.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələri yerləşdirilir.

Hazırda portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 122 videomühazirə yerləşdirilib.


DİM imtahanlara hazırlaşan abituriyentlərə öz biliklərini daha da dərinləşdirmək, öyrəndikləri mövzuları təkrarlamaq üçün bu ödənişsiz fürsətdən yararlanmağı tövsiyə edir.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

Videomühazirələrə buradan baxmaq mümkündür.






Son Xəbər