XƏBƏR, SOSİAL
7-07-2020, 17:53

Şəmkir RİH-də yeni kadr təyinatı olub

Şəmkir  RİH-də  yeni kadr təyinatı olub


Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Qərbinfo.az xəbər verir ki,bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu İsmayılov Babakişi Məzahir oğludur.

10 mart 1992-ci il tarixində Şəmkir rayonunun Dəllər Cəyir kəndində anadan olan B.İsmayılov Azərbaycan Dövlət İqtisad Universitetin maliyyə fakültəsini bitirib və həmin universitetdə magistr təhsili alıb.

İsmayılov Babakişi Məzahir oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Babakişi İsmayılovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!






Son Xəbər