XƏBƏR, İDMAN
7-07-2020, 15:23

Azərbaycanda avrokuboklara qatılacaq komandalara bölgələrdə məşq etməyə icazə veriləcək

Azərbaycanda avrokuboklara qatılacaq komandalara bölgələrdə məşq etməyə icazə veriləcək

Avrokuboklara qatılacaq komandalarımız "COVİD-19" testi verdikdən sonra sərt karantin rejimi tətbiq olunmayan rayonlarda məşq etməsinə icazə veriləcək.

Bunu Qərbinfo.az-a açıqlamasında "Qarabağ" futbol klubunun mətuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, avrokuboklara hazırlaşan komandaların məşq məsələsi AFFA tərəfndən Gənclər və İdman Nazirliyinə təqdim olunub. Artıq şifahi razılıq alınıb: "Belə ki, avrokuboklara hazırlaşan komandalar karantin rejiminin tətbiq olunmadığı rayonlara səfər edib məşq edə bilərlər, amma bunun üçün ilk növbədə həmin komandalar "COVİD-19" testi verməlidirlər. Test nəticələri təqdim olunduqdan sonra komandalara rayonlara getmək üçün icazə verilə bilər".

N.İbrahimov bildirib ki, "Qarabağ" klubu olaraq, bu qaydalar çərçivəsində Qəbələdə avrokuboklara hazırlaşmağı planlaşdırılır: "Artıq işlər başlayıb, Avrokuboklara hazırlığı Qəbələdə keçirməyi düşünürk".

Qeyd edək ki, bu il Azərbaycanı avrokuboklarda "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları təmsil edəcək.






Son Xəbər