XƏBƏR, SİYASƏT
7-07-2020, 11:21

“Azərbaycana hər zaman dəstək verməyə hazırıq”

“Azərbaycana hər zaman dəstək verməyə hazırıq”

Böyük Britaniya bərpa olunan enerji sahəsinin inkişafında Azərbaycana hər zaman dəstək verməyə hazırdır.

Qərbinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

Səfir dünən Azərbaycanla Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrlərinin videokonfrans formatında görüşünün maraqlı keçdiyini əlavə edib: “Nazirlərimiz arasında maraqlı görüş keçirildi”.

Xatırladaq ki, dünən Azərbaycan hökuməti ilə Britaniya hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika naziri Pərviz Şahbazov və Britaniyanın Dövlət katibinin parlament nümayəndəsi, İxracat naziri Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib.






Son Xəbər