XƏBƏR, SOSİAL
3-07-2020, 17:23

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 583 yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qərbinfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 267 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 8212 nəfərdir.

Ötən müddət ərzində 500 mindən test aparılıb. Bugünkü test sayı isə 7137-dır.






Son Xəbər