XƏBƏR, SOSİAL
3-07-2020, 12:09

Görünməyən təhlükə (Covid-19) ölkəmizdə can almaqqda davam edir

Görünməyən təhlükə  (Covid-19) ölkəmizdə can almaqqda davam edir

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Qərbinfo.az-ın məlumatına görə, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

O, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilmişdi və orada müalicə alırdı. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki gün bundan əvvəl (1 iyul – red.) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə də koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!!!






Son Xəbər