XƏBƏR, SOSİAL
1-07-2020, 09:37

Şəmkirdə sakinlərə sevinc bəxş edən daha bir layihə uğurla icra olundu

Şəmkirdə sakinlərə sevinc bəxş edən daha bir layihə uğurla icra olundu

Respublikamızda havaların quraq keçməsi ilə əlaqədar olaraq digər regionlarda olduğu kimi Şəmkir şəhərində də yay aylarında suya olan təlabat ciddi şəkildə artmışdır.

Qərbinfo.az xəbər verir ki, Şəmkir şəhər sakinlərinin müraciətləri nəzərə alınaraq Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin Nizami küçəsində yerləşən kəhrizdə yaranmış mövcud problemin aradan qaldırılması məqsədilə su quyusunda əsaslı təmir işləri aparılmış və layihə uğurla icra edilmişdir.

Kəhriz quyusu uzun illər ərzində istifadə edildiyindən ərazidə yerləşən çinar ağaclarının kökləri quyunun yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur.

Əraziyə cəlb edilmiş texnikalar və təcrübəli kənkanların əməyi nəticəsində kəhrizdə suyun axını bərpa edilərək istifadəyə verilmişdir ki, bu da şəhər sakinlərinə hədsiz sevinc bəxş etmişdir.

Şəhər sakinləri isti yay aylarında sərin kəhriz suyunun bərpa edilərək istifadəyə verilməsinə və daim diqqət mərkəzində olduqlarını hiss etdiklərinə görə başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Son Xəbər