XƏBƏR, MARAQLI
30-06-2020, 14:56

İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırıldı

İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırıldı

Türkiyənin İstanbul şəhərinin mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” küçəsinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, bu addım “İki dövlət, bir millət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

"Küçənin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub", - deyə məlumatda qeyd olunub.






Son Xəbər