XƏBƏR, SOSİAL
29-06-2020, 18:46

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

Təhsil Nazirliyi “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 30 iyun cədvəlini təqdim edib.

Qərbinfo.az-ın məlumatına görə, teledərslər bu formatda 17 iyuladək davam edəcək.

"Dərs vaxtı" proqramında abituriyentlərə ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. ilə bağlı məlumatlar veriləcək. Bütün bunlar abituriyentlərin imtahana daha yaxşı hazırlaşmasına imkan verəcək.






Son Xəbər