XƏBƏR, SİYASƏT
25-06-2020, 09:23

Şəmkirdə 14 min 202 hektarda taxıl səpini həyata keçirilib

Şəmkirdə 14 min 202 hektarda taxıl səpini həyata keçirilib


Şəmkir rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Qərbinfo.az xəbər verir ki, 2020-ci təsərrüfat ili üçün rayon ərazisində 14 min 202 hektarda taxıl səpini həyata keçirilib. Zəmilərin 9 min 93 hektarı buğda, 5 min 109 hektarı isə arpadır.

Hazırda rayonda taxıl biçini davam edir. Biçin kampaniyasına 40 kombayn cəlb olunub. Bu günədək 3 min 247 hektar arpa, 330 hektar buğda zəmisində biçin aparılıb, 10 min 962 ton məhsul tədarük edilib. Hektarın orta məhsuldarlığı buğda zəmilərində 35 sentner, arpa sahələrində isə 30,2 sentnerdir.

Son illər Şəmkir rayonunda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb.






Son Xəbər