XƏBƏR, MƏDƏNİYYƏT
6-05-2017, 10:41

Alen Delon karyerasına son verəcək

Alen Delon karyerasına son verəcəkFransalı aktyor Alen Delon payızda rejissor Patris Lekontenin filminin çəkilişləri başa çatdıqdan sonra kino karyerasına son verəcəyini bəyan edib.

Qərbinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Aktyor bildirib:“Bu mənim son filmim olacaq: boksçu gücü çatana qədər döyüşmək istədiyin kimi, mən də artıq filmdə çəkilmək istəmirəm”, - 81 yaşlı aktyor bildirib.

Delon, son filmin – onun yaşlarında olan kişinin 50 yaşlı qadınla görüşdüyündən bəhs edən məhəbbət hekayəsinə həsr olduğunu bildirib. Filmdə onun tərəf müqabili Julyet Binoşdur.

Aktyor qeyd edib ki, Sofi Marso ilə çəkilmək istərdi, amma onun başqa planları var idi.

Son dəfə Delon təxminən 10 il öncə “Asteriks Olimpiya oyunlarında” (2008) filmində ekrana çıxıb.






Son Xəbər