XƏBƏR, DÜNYA
22-06-2020, 15:24

Ermənistanda çevrilişin təməli qoyulur

 Ermənistanda çevrilişin təməli qoyulur

“Çiçəklənən Ermənistan” fraksiyası parlamentin bugünkü növbədənkənar iclasında iştirak etməyəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə fraksiyanın deputatı Naira Zohrabyan deyib.

Onun sözlərinə görə, bu iclas Ermənistanda konstitusiya çevrilişinin əsasını qoyur.

“Beləliklə, Ermənistanda çevrilişin təməli qoyulur və diktatura təsdiq edilir. Biz bu nəticələrə görə bütün iştirakçıların hüquqi və siyasi məsuliyyət daşıyacaqları iclasda iştirakdan imtina etdik”.

Xatırladaq ki, parlamentdəki “Parlaq Ermənistan” fraksiyası da layihəyə səs verməyəcəyini bəyan edib.

Konstitusiya dəyişikliklərini nəzərdə tutan layhənin qəbulu ilə baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı və üzvlərini vəzifələrindən uzaqlaşdırmaq istəyir. Səbəb onların sabiq prezident Serj Sarkisyanın dövründə vəzifəyə təyin olunmalarıdır.

Qeyd edək li, sözügedən layihə Venesiya Komissiyası tərəfindən də sərt tənqid olunub. Həmçinin, erməni siyasətçilər, hüquqşünaslar bunu birbaşa konstitusiya çevrilişi adlandırırlar.






Son Xəbər