XƏBƏR, İDMAN
20-06-2020, 14:27

Azərbaycan güləşçisi çempion oldu

Azərbaycan güləşçisi çempion oldu


Ümumdünya Güləş Birliyinin (UWW) qadın güləşi üzrə keçirdiyi virtual çempionatın qalibi Azərbaycan təmsilçisi olub.

Qərbinfo.az xəbər verir ki, üçqat olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik bütün rəqiblərinə böyük səs fərqilə qalib gələrək, çempion adına yiyələnib.


16 idmançının iştirak etdiyi səsvermə yarışının 1/4 finalında Mariya Stadnik kanadalı Erika Vibeyə, yarımfinalda türkiyəli Yasemin Adara və finalda rusiyalı Natalya Vorobyovaya qalib gəlib.

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında Hacı Əliyev ikinci yerə çıxmışdı.






Son Xəbər