XƏBƏR, DÜNYA
19-06-2020, 13:22

Ermənistan parlamenti Paşinyanın istefasını tələb etdi

Ermənistan parlamenti Paşinyanın istefasını tələb etdi

Ermənistan parlamentindəki ikinci böyük siyasi qüvvənin – “Çiçəklənən Ermənistan” müxalifət partiyasının rəhbəri Qaqik Çarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib.

Qərbinfo.az xəbər verir ki, bu haqda məlumatı “İnterfaks” agentliyi yayıb.

Onun fikrincə, hazırkı hökumətə bu vədləri yerinə yetirmək üçün vaxt verilib, lakin onlar yerinə yetirilməyib.

“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu” dedi Çarukyan.

Eyni zamanda, parlamentdəki üçüncü ən böyük “Parlaq Ermənistan” partiyasında da hesab edirdilər ki, Ermənistan hökuməti ölkədə islahatlar apara bilməz.

Bununla birlikdə, “Çiçəklənən Ermənistan” partiyası ilə danışıq aparmadıqlarını, lakin belə bir fürsəti istisna etmədiklərini bildirdilər.






Son Xəbər