XƏBƏR, MANŞET-SLAYDER
18-06-2020, 18:40

İsveçdə yaşayan şəmkirli: Rayonumuzda həyata keçirilən uğurlu layihələr və tədbirlər bizi qürurlandırır

İsveçdə yaşayan şəmkirli: Rayonumuzda həyata keçirilən uğurlu layihələr və tədbirlər bizi qürurlandırır

Rayonumuzda həyata keçirilən uğurlu layihələr və tədbirlər bizi qürurlandırır.

Qərbinfo.az xəbər verir ki, bunu İsveçdə yaşayan şəmkirli Fidan Əbdürrəhimli bildirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi "facebook" səhifəsi xaricdə yaşayan şəmkirlilərin (COVİD-19) panidemiyası müddətində vəziyyətləri ilə maraqlanmaq, onların mənəvi dəstək olmaq məqsədi ilə sosial layihə həyata keçirir.

Qeyd edək ki, layihənin bu dəfəki qonağı Şəmkir rayonunun Sabirkənd kənd sakini, İsveçdə yaşayan Fidan Əbdürrəhimlidir.

Fidan Əbdürrəhimli. 1994-cü ildə Şəmkir rayonu Sabirkənd kəndində anadan olub. 2000/2007-ci illərdə Sabit Rüstəmov adına Sabkirkənd kənd orta məktəbində, 2007/2011-ci illərdə Bakı şəhərində Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında orta təhsil alıb.
2011/2015-ci illərdə Bakı Dövlət Universiteti Hüquq fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alan Fidan xanım, 2018-ci ildə İsveçin Lund şəhərində eyniadlı universitetdə magistr təhsilinə başlayıb və bir neçə gün öncə təhsilini başa vurub. Hazırda İsveçdə yaşayır.


Fidan xanım, bu gün dünya ölkələri koronavirus (COVİD-19) panidemiyasından əziyyət çəkir. Yaşadığınız Lund şəhərində vəziyət necədir?

- Lundda vəziyyət qonşu Malmö və Helsinborg şəhərlərinə münasibətdə daha yaxşıdı, yoluxma sayı və infeksiyanın yayılma sürəti aşağıdır.

Yaşadığınız şəhərdə hazırda sərbəst hərəkət etmək mümkündürmü. Əgər belədirsə, çöldə olanda hansı qaydalara əməl etməlisiniz?

- Bəli, sərbəst hərəkət etmək tam mümkündür. Nəinki Lundda, ümumi İsveçdə hərəkətə məhdudiyyət qoyulmadı. Sadəcə marketlərdə və sıxlıq olan yerlərdə 1.5-2 metr məsafə saxlamaq, biryerdə çox toplaşmamaq, zərurət olmadığı halda ölkədaxili səyahət etməmək, bildiyimiz gigiyenik qaydalara əməl etmək və s. tövsiyə olundu.

Qeyd etdiniz ki, Lundda təhsilinizi başa vurmusunuz. Nə yaxşı hələ Azərbaycana qayıtmamısınız?

- Mart ayında Lunddakı azərbaycanlılardan biri vasitəsilə Stokholmda konsulluqdan tələbələrə müraciət olunmuşdu ki, ölkəyə qayıtmaq istəyən varsa, konsulluqla əlaqə saxlasın. Həmin vaxt təhsilim davam edirdi, diplom işim üzərində işləyirdim. Buna və bir sıra başqa səbəblərə görə qalmağa qərar verdim.

Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də koronavirusla mübarizədə çevik və məqsədyönlü tədbirlər görüldü yəqin sosial şəbəkələrdən izləyirsiniz necə qiymətlənidirirsiniz?

- Bəli, ilk günlərdən küçələrin, rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq baxçalarının, məktəblərin, insanların çox toplaşa biləcəyi yerlərin dezinfeksiya olunması kimi vacib tədbirlər barədə məlumatlar İcra Hakimiyyətinin rəsmi səhifəsindən oxuyuram. Bu addımların ölkənin ümumi müəyyən olunan virusla mübarizə üsuluna adekvat olduğunu düşünürəm. Həmçinin, rayonda və kəndlərdə aztəminatlı ailələrə ərzaq yardım göstərilməsi kimi təşəbbüsləri müsbət dəyərləndirirəm. Həmyerlilərimizin çətin zamanda bir-birinə kömək etdiyini görmək insanı qürurlandırır.

Yəqin məlumatınız var, bu günə kimi rayonumuzda çox cuzi sayda virusa yoluxma halı qeydə alınıb?

- Bu çox sevindiricidir! Ümid edirəm, yeni yoluxma faktları aşkarlanmaz və mümkün ən az zərərlə pandemiyanı geridə qoyarıq.

Şəmkirlilərə sonda nə demək istəyərdiniz?

- Hər kəsə sağlamlıq diləyirəm və daha da məsuliyyətli və diqqətli olmağa çağırıram. Ümumiyyətlə, virusla birtərəfli addımlarla başa çıxmaq müşküldür. İnsanlarımız da diqqətli olmalı, məsuliyyətli davranmalı və tövsiyələrə, qadağalara mümkün qədər ciddi uymalıdırlar. Hər kəsin üzərinə düşən vəzifəni doğru şəkildə yerinə yetirməsi belə zamanlarda daha çox vacibdir.






Son Xəbər