XƏBƏR, SİYASƏT
18-06-2020, 16:27

Azərbaycan Prezidenti Qələbə paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti Qələbə paradında iştirak etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

Qərbinfo.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.

Prezident İlham Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.






Son Xəbər