XƏBƏR, SİYASƏT
17-06-2020, 10:23

Ombudsmanın müraciəti əsasında 19 nəfər ölkəyə gətirildi

Ombudsmanın müraciəti əsasında 19 nəfər ölkəyə gətirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əhalinin bütün qruplarına xüsusi diqqət göstərilir. Bunun bariz nümunəsidir ki, xaricdə yaşayan soydaşlarımız pandemiya şəraitində davamlı olaraq çarter reysləri ilə vətənə gətirilir, həmin şəxslər karantin müəssisələrinə yerləşdirilir və onlara lazımi yardım göstərilir.

Qərbinfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Məlumata görə, bu faktlar onun ifadəsidir ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlıqlarının qorunmasını diqqət mərkəzində saxlayır:

"2020-ci ilin mart ayının ortalarından etibarən COVID-19 pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq vətəndaşımızın ölkəmizə qayıdışı təmin olunub. Yeri gəlmişkən, bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiya Federasiyasından ölkəmizə gətirilib.

Onlardan 19 nəfərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq qurumlara müraciəti əsasında, Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin birgə səyləri nəticəsində Vətənə qayıdışı təmin edilib.

Qeyd edək ki, həmin 19 nəfər Dağıstan Respublikasında əcnəbi vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və çətin vəziyyətdə olmuş soydaşlarımızdır".






Son Xəbər