XƏBƏR, DÜNYA
16-06-2020, 18:55

Ermənistanda siyasi gərginlik artır - “Baş verənlər komediyadır”

Ermənistanda siyasi gərginlik artır - “Baş verənlər komediyadır”

“Parlaq Ermənistan” parlament fraksiyası “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyanı dəstəkləyib

Qərbinfo.az-ın məlumatına görə, parlamentdə keçirilən müzakirələrdə çıxış edən fraksiya rəhbəri Edmon Marukyan deyib ki, "hakimiyyətin ehtiyacı olanda Tsarukyan yaxşı idi, indi eyni rəhbərlik ona qarşı riyakarcasına davranır".

Marukyan, hakimiyyətin 2018-ci ildə “Çiçəklənən Ermənistan”la fəal əməkdaşlığını xatırladaraq, onları vicdansızlıqda günahlandırıb.

“Tsarukyan və Ermənistanın hazırkı hökumət başçısı Nikol Paşinyan memorandum imzaladılar. Baş nazir Tsarukyanın mədən təsərrüfatını ziyarət etdi və parlament seçkilərindən sonra Paşinyan “Çiçəklənən Ermənistan”ın ən böyük müxalif fraksiya olduğunu bəyan etdi. Bu fraksiyanın təmsilçisinin üçüncü vitse-spiker ola biləcəyini dedi. Sonra hakimiyyət nümayəndələri Tsarukyanın qızının toyunda iştirak etdi

"Dürüst olaq! Necə olur ki, “Çiçəklənən Ermənistan”a ehtiyacınız olduqda, Tsarukyan yaxşıdır, o, oliqarx deyil, böyük bir sahibkardır (baş nazir Nikol Paşinyan iki il əvvəl onun haqqında dediyi kimi). Memorandumu imzalamaqla onun qanuni hüquqlarını tanıdınız", Marukyan hakim fraksiyaya müraciətlə bildirib.

Deputatın sözlərinə görə, bu şəraitdə hakimiyyətin “geriyə” cəhdləri aydın deyil. O, istintaq materiallarının deputatların və nazirlərin əlinə necə keçdiyini də başa düşmədiyini əlavə edib.

"Bu, seçki kampaniyasının xərclərini və seçicilərin rüşvət verdiyini iddia edən sənəddir. Bu sənəd istintaq sirridir və hökumətyönlü deputatların, nazirlərin əlində olması bəzi şübhələrə səbəb olur".

Marukyan rəhbərlik etdiyi fraksiyanın Tsarukyanın parlament toxunulmazlığından məhrum edilməsi ilə bağlı səsvermədə iştirak etməyəcəyini vurğulayıb:

"Çünki bütün bunları komediya hesab edirəm. Biz imtina etdikdən sonra, səs nisbətinin necə olacağını görmək olduqca maraqlıdır".






Son Xəbər