XƏBƏR, SİYASƏT
16-06-2020, 12:26

Britaniyadan koronavirusla mübarizədə Azərbaycana dəstək

Britaniyadan koronavirusla mübarizədə Azərbaycana dəstək


Ənənəvi olaraq hər ilin bu vaxtında sizi Ülyahəzrət II Elizabetin doğum gününə həsr edilmiş ziyafətdə salamlayırdıq. Biz yalnız Britaniya tarixində ən uzun hökmranlığı deyil, həm də Böyük Britaniya ilə Azərbaycan arasındakı güclü və dostluq münasibətlərini qeyd edirik.

Qərbinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın Ülyahəzrət II Elizabetin rəsmi doğum günü münasibətilə yaydığı video-mesajında deyilir.

“Ancaq bu il COVID 19-a görə bu çətin günlərdə hamının təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün böyük ziyafət təşkil etməmək qərarına gəldik.

Biz doğum günü ziyafəti üçün nəzərdə tutulan maliyyənin xərclənmədiyini və Britaniyanın COVID -19 -la mübarizədə qlobal səviyyədə koordinasiya işlərində aparıcı rolunu nəzərə alaraq, bu məbləği Azərbaycanda həyata keçirilən tibb xidmətinin dəstəklənməsinə ayırmaq qərarına gəldik.

Buradakı həkimlər və tibb bacıları son bir neçə ayda öz həyatlarını riskə ataraq koronavirusla yorulmadan mübarizə aparırlar. Bir çox insanın həyatını xilas edirlər. Onlar bizim alqışımıza və dəstəyimizə layiqdirlər. Fürsətdən istifadə edərək, maskalardan istifadə etməyi, əllərinizi tez-tez yumağı və sosial məsafəni qorumağı unutmamağı yadınıza salmaq istəyirəm.Unutmayın, biz birlikdə güclüyük və bilikdə bu virusa qalib gələcəyik".






Son Xəbər