XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
13-06-2020, 17:30

Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO

Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO

Şəmkir rayonunda kümçü ailələr artıq, məhsullarının tədarükünə başlayıb.

Bildiyimiz kimi, baramaçılıq Azərbaycan xalqının qədim məşğuliyyət növlərindən biri olub. Sonralar bu sahədə durğunluq yaşandığından unudulmaq üzrə idi. Lakin ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində baramaçılıq qısa müddət ərzinə öz inkişaf yoluna qədəm qoydu. Bu il ölkə miqyasında sözügedən sahənin inkişafı artan dinamika ilə irəliləməkdədir. Şəmkir rayonunda da bu sahənin inkişaf etdirilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir. Aparılan maarifləndirmə işləri və həyata keçirilən tədbirlər, qısa zaman ərzində gənc ailələrin də bu sahəyə marağını artırıb. Qeyd edək ki, baramaçılıq təsərrüfatı artıq, ənənəyə çevrilməkdədir.

Qərbinfo.az xəbər verir ki, artıq Şəmkir rayonunda kümçülər 3 gün ərzində 3,4 tona yaxın barama təhvil veriblər. Qeyd edək ki, rayonda barama istehsalı davam edir.

Şəmkir şəhər sakini, kümçü Şərifov Həsən Dəmir oğlu bildirir ki, bu il 50 qr ipəkqurdu toxumundan bol məhsul əldə edib. O artıq, məhsulunun tədarükünə başlayıb. H.Şərifov qeyd edir ki, toxumların pulsuz verilməsi, eyni zamanda, dövlət tərəfindən hər kiloqram məhsula ödənilən subsidiya kümçüləri bu sahəyə daha çox sövq edir. Belə ki, “Azəripək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir. Kümçü 3 ildir ki bu sahə ilə məşğul olduğunu və yüksək qazanc əldə etdiyi üçün gələcəkdə də bu sahə ilə məşğul olacağını bildirir.
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO
Rayonun Bayramlı kənd sakini, kümçü Vəliyeva Xuraman Məstan qızı ilk dəfədir ki bu sahə ilə məşğul olur. O bildirir ki, qonşusu da bu sahə ilə məşğul olur. Hər dəfə yığım zamanı qonşu kimi ona kömək edib. Elə buradan da bu sahəyə marağı artıb. Qərara gəlib ki, öz təsərrüfatında baramaqurdu bəsləsin. Qeyd edək ki, X.Vəliyeva bu il 29 qr ipəkqurdu götürüb. Artıq məhsulundan 38 kq təhvil verdiyini bildirən kümçü qeyd edir ki, hələ məhsul istehsalı tam başa çatmayıb və istehasal davam edir.
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO
Rayonun Sarıtəpə kənd sakini, gənc kümçü Abdullayev Taleh Kərim oğlu bildirir ki, Şəmkir rayonunda baramaçılıq sahəsinin genişləndirilməsi onun diqqətini çəkib. O qeyd edir: "Rayonumuzda bu sahəyə qayğı və diqqətin artırılması, tanışlarımın da bir neçəsinin bu sahə ilə məşğul olması məndə bu sahəyə maraq, eyni zamanda məşğul olmaq üçün təcrübə yaradıb. Məşğul olanların bu sahədən yüksək qazanc əldə etdiyini gördüm. Qərara gəldim ki, bu il həmin sahə ilə məşğul olum." Qeyd edək ki, T.Abdullayev 40 qr ipəkqurdu toxumu götürüb. O başlanğıc olaraq istehsal etdiyi məhsuldan 39 kq-nı təhvil verdiyini və son yığımadək daha çox məhsulu tədarük edəcəyini bildirir.
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO
Şəmkirdə kümçü ailələr məhsul tədarükünə başlayıb - FOTO






Son Xəbər