XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
12-06-2020, 13:31

Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qərbinfo.az-a bildiriblər ki, videoqəbulda deputat seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Bildirilib ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, bir qisim məsələlər isə artıq öz həllini tapıb.

Sahibə Qafarova deyib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması, geniş sosial-müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Yeni növ koronovirus (COVID 19) pandemiyası dövründə də Azərbaycan dövləti vətəndaşlarımıza böyük dəstək tədbirləri həyata keçirib. O cümlədən ölkəmizin Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətinin əsasını insanlara qayğı təşkil edir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə çox mühüm təşəbbüslər irəli sürür, layihələr həyata keçirir.

Sahibə Qafarova ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək hər kəsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyinin vacibliyini vurğulayıb. O, seçiciləri mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Qeyd edək ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib






Son Xəbər