XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
12-06-2020, 12:21

Şəmkir sakini: Biz xoşbəxtik ki, Sizin kimi xalqını sevən, güclü Prezidentimiz var

Şəmkir sakini: Biz xoşbəxtik ki,  Sizin kimi xalqını sevən, güclü Prezidentimiz var

Şəmkir rayon Dəllər Cəyir kənd sakini Əliyev Səbuhi Məhərrəm oğlu Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qərbinfo.az-ın məlumatına görə, minnətdarlıq məktubunda deyilir:

"Çox Hörmətli Prezidentimiz, Sizin ölkəmizin inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətiniz bizim gələcəyə olan inamımızı daha da artırır. Biz əminik ki, ailələrimizin rahat və təhlükəsiz şəraitdə yaşam qarantı var. Bir ailə başçısı üçün bundan önəmli ikinci bir hiss ola bilməz.

Biz Şəmkir ailələri olaraq, sizə dərin minnətdarlıq hisslərimizi ifadə edirik. Tanrı Sizi və ailənizi qorusun!

Biz çox xoşbəxtik ki, bizim Sizin kimi, öz xalqını sevən, dərin zəkaya malik, güclü, iradəli Prezidentimiz var.

Biz Sizi əmin edirk ki, Şəmkir sakinləri olaraq, daim Sizi dəstəkləyir, bizim - Xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizi qiymətləndiririk.

Hörmətlə,

Əliyev Səbuhi Məhərrəm oğlu. Şəmkir rayonu Dəllər Cəyir kənd sakini."






Son Xəbər