XƏBƏR, İDMAN
5-05-2017, 19:28

Yeni Zelandiya, Madaqaskar və Azərbaycan - FİFA reytinqi

Yeni Zelandiya, Madaqaskar və AzərbaycanMilli komandaların iyunun 1-də açıqlanacaq FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Qərbinfo.az saytının məlumatına görə, dünən dərc edilən rəsmi siyahı ilə müqayisədə bir sıra dəyişikliklər diqqət çəkir.

Düzdü, iki cədvəl arasındakı 4 həftəlik dövrdə çox az sayda yoxlama matçı keçiriləcək. Lakin son 4 ilin müvafiq dövrlərində baş tutan qarşılaşmalar dəyişikliklərə səbəb olacaq. Ehtimallar cədvəlində Azərbaycan millisinin də mövqeyi ciddi şəkildə dəyişib.

Mayın 4-də 386 xalla dünyanın 87-cisi olan millimiz 76-cı pilləyədək irəliləyib. Buna 53 xal artımı səbəb olub. Proqnozlar özünü doğrultsa, gələn ay komandamız 439 xalla sıçrayışını rəsmiləşdirəcək.

Ehtimallara inansaq, millimiz inkişafına görə dünyada 3-cü yerdədi. Yeni Zelandiya 16, Madaqaskar 12 addım irəliləyəcək.

Yığmamız isə 8-ci “onluq”da yeni “qonşular”ına qoşulacaq. Millimiz futbol tariximizdə ilk dəfə Norveçi arxada qoyacaq. Təbii ki, baş tutacağı istisna olmayan yoxlama matçları cədvələ bəzi dəyişikliklər edə bilər.

Millimiz və “qonşular”ı: 8-ci “onluq”
71 (70). Kurasao – 477
72 (71). Qvineya – 476
73 (73). Boliviya – 473
74 (78). Keniya – 463
75 (75). BƏƏ - 450
76 (87). Azərbaycan – 439
77 (80). Suriya – 436
77 (76). Trinidad və Tobaqo – 436
79 (74). Yamayka – 435
80 (77). Farer adaları – 431

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə yalnız bir dəyişiklik gözlənilir. Polşa 10-cu yerə şərik çıxacaq. Komandaların xal hesabları isə dəyişəcək.

İlk “onluq”
1 (1). Braziliya – 1715
2 (2). Argentina – 1626
3 (3). Almaniya – 1511
4 (4). Çili – 1422
5 (5). Kolumbiya – 1366
6 (6). Fransa – 1332
7 (7). Belçika – 1292
8 (8). Portuqaliya – 1267
9 (9). İsveçrə - 1263
10 (10). İspaniya – 1198
10 (11). Polşa – 1198

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən üçü geriləyəcək. Norveç, Şimali İrlandiya və Çexiya mövqeyini əldən verəcək.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1511
28 (26). Şimali İrlandiya - 837
45 (42). Çexiya - 690
87 (81). Norveç - 391
204 (204). San-Marino – 12

Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə yuvarlanacaq. 3 pillə geriləyəcək “ay-ulduzlular”ın hesabındakı 855 xal olacaq.






Son Xəbər