XƏBƏR, MƏDƏNİYYƏT
5-05-2017, 15:04

Diana “Eurovision”a hazırdır - İki pillə irəliləyib

Diana “Eurovision”a hazırdır“Eurovision” təmsilçimiz Dihajın (Diana Hacıyeva) ikinci məşq prosesi başa çatıb.

Qərbinfo.az xəbər verir ki, müğənni Beynəlxalq Sərgi Mərkəzinin səhnəsinə yenidən çıxıb. Bu məşq digərlərindən fərqlənib. Belə ki, yarışmanın rəsmi “YouTube” səhifəsi məşqdən çəkilən görüntülərin efir versiyasını yayımlayıb.

Onu birinci məşqdə olduğu kimi 5 rəqqas müşayiət edib. Bundan əlavə, Diananın səhnədəki çıxışının tam versiyasını “Eurovision” fan-səhifələri paylaşıb.

Qeyd edək ki, Azərbaycan iki məşq prosesindən sonra ciddi irəliləyiş əldə edib. Dihajın çıxışı bukmeykerlərin proqnozuna görə 6-cı sırada qərarlaşıb.






Son Xəbər