XƏBƏR, MARAQLI
9-06-2020, 15:24

Yer kürəsinə bənzər yeni planet tapılıb

Yer kürəsinə bənzər yeni planet tapılıb


Maks-Plank Günəş Sistemləri Araşdırmaları İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırma zamanı Yer kürəsinə bənzəyən planet (ekzoplanet) aşkar edilib.

Qərbinfo.az xəbər verir ki, “Kepler-160” ulduzu və onun ərtafında dövr edən “KOI-456.04” planeti bu günə qədər tapılan Günəş və Yerin ən yaxın oxşarları hesab olunur.

Günəşə bənzəyən ulduz ətrafında dövr edən Yerəbənzər planet Günəş sistemindən 3000 işıq ili məsafədə yerləşir.

Mütəxəssislər qeyd edir ki, planet yaşayış zonasında dövr edir və həyat üçün yararlı ola bilər.






Son Xəbər