XƏBƏR, İDMAN
5-05-2017, 14:30

"Şəmkir"in yetirməsinin yeni klubu - rəsmi

"Şəmkir"in yetirməsinin yeni klubu"Sumqayıt" növbəti transferini həyata keçirib.

Qərbinfo.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt" "Neftçi"dən ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, C. İmamverdiyev "Şəmkir" Futbol Klubunun yetirməsidir. "Şəmkir"in aşağı yaş qruplarında da oynayan futbolçu professional karyerası ərzində "Neftçi", "Karvan" və "Elazığspor" klublarında çıxış edib.

Xatırladaq ki, "Sumqayıt" bu gün "Kəpəz"dən Tural Axundovu da transfer edib.






Son Xəbər