XƏBƏR, İDMAN
5-05-2017, 11:19

Şəmkirdə futbol yarışına start verilib

Şəmkirdə futbol yarışına start verilib Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Kür qəsəbə idman meydançasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirilib.
Qərbinfo.az xəbər verir ki, mayın 4-də start verilən futbol yarışının açılış mərasimində iştirak edən Şəmkir Uşaq Gənclər idman məktəbinin direktoru Namiq Mahmudov yarış iştirakçılarına Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun salamlarını və xoş arzularını çatdırıb. Namiq Mahmudov qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının banisi olan Ulu Öndər Heydər Əliyev daim dövlət gənclər və idman siyasətinə xüsusi diqqət yetirib. Bunun davamı olaraq bu gün, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz bir neçə beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdədir.
Qeyd edək ki, 04-08 may tarixlərində keçiriləcək yarışda AFFA sistemi üzrə 8 komanda öz gücünü sınayacaqdır.
Şəmkirdə futbol yarışına start verilib
Şəmkirdə futbol yarışına start verilib






Son Xəbər