XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL, VİDEO
5-06-2020, 13:19

Şəmkirdə sanitar-epidemioloji qaydalara əməl olunmasına dair monitorinq keçirilib - VİDEO

Şəmkirdə sanitar-epidemioloji qaydalara əməl olunmasına dair monitorinq keçirilib - VİDEO

Şəmkir rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Dünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri çərçivəsində qabaqlayıçı-proflaktik tədbirlər davam etdirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq, Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərində sanitar-epidemioloji tələblərə əməl edilməsinə dair monitorinq keçirilib.

Qərbinfo.az xəbər verir ki, monitorinqdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qəraragahın üzləri, Şəmkir rayon Gigieniya və Epidemiologiya Mərkəzinin əməkdaşları, Şəmkir rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik Bölməsinin sahə rəisi və İctimai şuranın üzvləri iştirak edib.

Keçirililən monitorinq zamanı xidmət göstərən ictimai iaşə obyektlərində İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sanitar-epidemioloji tələblərə əməl edilməsi, eyni zamanda zəruri sosial davranış qaydalarına riayət edilməsi mövzusunda maarifləndirci söhbətlər aparılıb.

Günərzində monitorinq aparılan 22 obyektin 6-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilmiş, qayda pozuntusu aşkarlanmış obyektlərdə sanitar-gigienik tələblərə əməl olunması zərurəti mövzusunda xüsusi maarifləndirmə işləri aparılmış, zərurui tələblərin pozulduğu təqdirdə izibati qaydada məsuliyyətə cəlb olunma mövzusunda xəbərdarlıq edilmişdir.

Qeyd edək ki, rayonda monitorinq davam etdirilir.

Şəmkirdə sanitar-epidemioloji qaydalara əməl olunmasına dair monitorinq keçirilib - VİDEO






Son Xəbər