XƏBƏR, SOSİAL
1-06-2020, 21:50

Amerika ağ kəpənəyi və ona qarşı mübarizə - FERMERLƏR ÜÇÜN MƏLUMAT

Amerika ağ kəpənəyi və ona qarşı mübarizə - FERMERLƏR ÜÇÜN MƏLUMATAmerika ağ kəpənəyi və ona qarşı necə mübarizə aparılmalıdır?

Bu barədə Qərbinfo.az məlumat verir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinin əsas vətəni Cənubi Amerika ölkələridir. Bu zərərverici ilk dəfə 1984-cü ildə Quba-Xaçmaz bölgəsində müşahidə olunmuşdur. Abşeron yarımadasında, Astara, Lənkəran, Şabran və Siyəzən rayonlarında rast gəlinir.

Kəpənəklər əkinlərə vizual baxış keçirilməsi yolu ilə aşkar edilir. Bunun üçün ayrı-ayrı budaqlarda diqqətlə baxılmalı və budaqlar silkələnməlidir.
Zərərvericilərdən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyatyanı sahələrdə ağacların çətirləri altında torpağın yenidən bellənməsi və ya şumlanması işləri yerinə yetirilməlidir.

Zərərverici aşkar edildiyi hallarda təcili olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi Mərkəzinin yerli bölmələrinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.






Son Xəbər