XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
1-06-2020, 16:51

Şəmkir sakini Prezidentə yazır: Sizin uzaqgörənliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olub

Şəmkir sakini Prezidentə yazır: Sizin uzaqgörənliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olub

Şəmkir rayon Düyərli kənd sakini Kifayət İbrahimova Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qərbinfo.az-ın məlumatına görə, Kifayət İbrahimova yazır:

"Möhtərəm cənab Prezident.

Bu pandemiya dövründə gördüyünüz tədbirlər üçün Sizə çox təşəkkür edirəm. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olmuş, böyük təhlükə yarada biləcək hadisələrə qarşı vaxtında və sanballı işlər görmüşdür. Hazırda dünyanın bəlasına çevrilən koronavirusla mübarizə dövrü də bunu bir daha göstərdi.

Cənab Prezident, biz hər birimiz əminik ki, Sizin xalqımıza göstərdiyiniz qayğı, həyata keçirilən ciddi və ardıcıl tədbirlər ölkəmizi koronavirus bəlasından tezliklə qurtaracaq.

Allah Sizi və ailənizi pənahında saxlasın.

Hörmətlə,

İbrahimova Kifayət Saməddin qızı
Şəmkir rayonu, Düyərli kəndi."






Son Xəbər