XƏBƏR, SOSİAL
1-06-2020, 11:54

Hərarəti olan şəxslər imtahanlara buraxılmayacaq

Hərarəti olan şəxslər imtahanlara buraxılmayacaq

İmtahana hər bir abituriyent tibbi maska ilə gəlməlidir. Eyni zamanda imtahana uşaqla bərabər gələn valideyn də maskadan istifadə edilməlidir.

Qərbinfo.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahan girişlə bağlı müəyyən prosedurlar olacaq. Bununla bağlı videoroliklərin sabahdan yayımlanması nəzərdə tutulur: “İmtahana giriş zamanı əvvəlcə abituriyentin hərarəti yoxlanılacaq. Hərarəti olanlar imtahan buraxılmayacaq. Binaların yanındakı həkimlər belə şəxslərlə məşğul olacaq. Abitiriyentlər elə fikirləşməsinlər ki, maskada gəlirlər deyə telefonu binaya keçirə biləcəklər. Bu, mümkün olmayacaq. Yarım saatdan bir binaya 40 nəfər dəvət ediləcək. Binaya buraxılış vərəqəsində yazılan vaxtda yaxınlaşmaq lazımdır. Biz istəmirik ki, binaların qarşısında insanlar toplaşsınlar”.






Son Xəbər