XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
1-06-2020, 10:39

Şəmkirli gənc: Biz könüllü olaraq çalışdıq ki, bu aksiyada fəal olaq - MÜSAHİBƏ

Şəmkirli gənc: Biz könüllü olaraq çalışdıq ki, bu aksiyada fəal olaq - MÜSAHİBƏ

Pandemiya ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dönəmdə Şəmkir rayonunda məktəbəqədər tədris müəssisələrinin göstərdikləri dəstək və sosial fəallıq barəsində müsahibiz Zəyəm qəsəbə körpələr evi-uşaq bağçasının müdiri, fəal gənc Cəfərova Səbinə Hikmət qızıdır.

Qeyd edək ki, Səbinə Cəfərova 1995-ci ildə Şəmkir rayonunda anadan olub. O, Bakı dövlət Universitetinin məzunudur. Buna qədər ki əmək fəaliyyətində Zəyəm qəsəbə Salahəddin Məmmədov adına tam orta məktəbdə müəllim vəzifəsində işləyib. 2018-ci ildən isə Zəyəm qəsəbə köroələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışır. S.Cəfərova Şəmkir “Gənc Tərbiyyəçilər Birliyi”nin üzvüdür.

Salam, xoş gördük Səbinə xanım.

-Salam, xoş gördük.

İlk sualıma elə üzvü olduğunuz “Gənc Tərbiyyəçilər Birliyi”nin fəaliyyəti haqqında başlamaq istəyirəm. Gənc Tərbiyyəçilər Birliyi Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələrinin həyatında necə rol oynayır?

-Qeyd etmək istəyirəm ki, "Gənc Tərbiyəçilər Birliyi", yarandığı gündən etibarən Şəmkir rayonunda fəaliyyət göstərən körpələr evi-uşaq bağçaların həyatında çox mühüm rolu oynamağa başlayıb. Bu mövzuda danışarkən ”Bağçanın Təqdimatı” layihəsini xüsusi olaraq qeyd etmək istəyirəm. Beləki, bu layihənin təşkil olunması Şəmkir rayonunda bağçaların həyatına yeni ruh gətirdi. Layihə həm uşaqların dünya görüşünün artmasında həm tərbiyəçilərin yeni dəsti xəttə qoşulmasına səbəb oldu. Təsəvvür edin, il ərzində gördüyümüz işləri, böyük həvəslə ictimaiyyətin diqqətinə çatdırıq. Bu bizə çox böyük stimul verdi.
Bundan başqa birliyin uşaq bağçalarının fəaliyyətinə verdiyi töhvələri qeyd edərkən, bağçalarda kukla teatrının təşkil olunmasını vurğulamaq istəyirəm. Bu hadisə rayonumuzda əsl mədəni inqilab oldu. Ümumiyyətlə bütün bağçaların kollektivəri körpələrlə birlikdə rayon səviyyəsində təşkil olunmuş tədbirlərdə aktiv iştiraklarının təmin olunması, məhz "Gənc Tərbiyyəçilər Birliyi"nin dəstəyi nəticəsində uğurla həyata keçdi.
Şəmkirli gənc: Biz könüllü olaraq çalışdıq ki, bu aksiyada fəal olaq - MÜSAHİBƏ
Səbinə xanım, bir məktəbəqədər tədris müəssisəsinin rəhbəri kimi bugün bağçada aparılan təlim-tərbiyyə prosesi barədə danışmağınızı istərdik.

-Biz bugün rayonumuzda, demək olar ki, təlim-tərbiyə prosesini müasir tədris üsulları ilə - kurikulum üsulu ilə həyata keçirilməsinə artıq nail olmuşuq.

Sizcə tərbiyyəçilərin bu prosesdə öhtələrinə düşən vəzifələri nələrdən ibarətdir?

-Qeyd edim ki, tərbiyəçilərin ilk növbədə üzərinə düşən vəzifə bu təlim prosesində uşaqyönümlü mühitin yaradılmasına nail olunmasını təmin etməkdir. Bu işin təşkili isə iki prinsipdən ibarətdir. Həm uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə qurarmasını öyrətmək, həm də bu vasitə ilə onların yeni biliklər qazanmasına nail olmaqdır.
Burada uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraqlarının, ehtiyaclarının və güclü tərəflərinin nəzərə alınması vacib şərtlərdən biridir. Beləki, qrup otağı “tədqiqat laboratoriyası” kimi təşkil edilir ki, uşaqlar müxtəlif rollarda tədqiqatçı, aktyor, rəssam, inşaatçı, həkim və müəllim və s. sahələrdə özlərini sınayırlar.

Pandemiya ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi şəraitində hansı işləri gördünüz, bu barədə fikirlərinizi bölüşərdiz.

-Bildiyimiz kimi ölkəmizdə Pandemiya dövründə “Evdə Qal, Sağlam Qal” kampaniyası həyata keçirildi. Biz də bu kampaniyada fəal iştirak etməyə çalışdıq. İlk növbədə uşaqların təlim-tərbiyyə prosesindən kənarda qalmamaları üçün tərbiyyəçilərimizin iştirakı ilə həyata keçirilən onlayn dərsləri bağçamızın, fəaliyyətdə olan "Facebook" səhifəsində mütamadi olaraq paylaşdıq. Bununla da uşaqları tədris prosesinə cəlb etmiş olduq.
Bundan başqa, kollektiv olaraq biz cənab Prezidentimiz İlham Əliyevin "Biz Birlikdə Güclüyük" çağrışına qoşularaq Şəmkir rayonunda həyata keçirilən “Əl-Ələ Verək, Dəstək Olaq” aksiyasına qoşulduq. Biz də kollektiv olaraq, aksiya çərçivəsində Zəyəm qəsəbəsində yaşayan aztəminatlı ailələrə, yaşlı və tənha insanlara sosial dəstək göstərdik, mənəvi olaraq onların yanlarında olmağa çalışdıq. Ümumiyyətlə, biz könüllü olaraq bu aksiya çərçivəsində - şəmkirlilərin nümayiş etdirdiyi həmrəylik aksiyası çərçivəsində fəal olmağa çalışdıq.






Son Xəbər