XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
27-05-2020, 11:20

Şəmkirin Çaparlı kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər

Şəmkirin Çaparlı kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər

Şəmkir rayon Çaparlı kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Qərbinfo.az-ın məlumatına görə Şəmkir rayon Çaparlı kənd sakinləri Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar.

Məktubda deyilir:

"Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan.

COVID-19 pandemiyasının qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi.

"Biz birlikdə güclüyük!" çağırışınızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz.

Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur.

Hörmətlə,

Quliyev Kamal Yunis oğlu

Namazov Ceyhun Hümbət oğlu

Əsgərov Daşdəmir Novruz oğlu

Mirzəliyev İnam Hikmət oğlu

Hüseyinov Vüsal Ağalar oğlu və başqaları.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Çaparlı kəndi."






Son Xəbər