XƏBƏR, MANŞET-SLAYDER
26-05-2020, 00:12

Şəmkirdə zəncirvari yol-nəqiliyyat hadisəsi - YENİLƏNİR

Şəmkirdə zəncirvari yol-nəqiliyyat hadisəsi

Bu gün axşam saatlarında Şəmkir şəhərində zəncirvari yol-nəqiliyyat hadisəsi baş verib.

Qərbinfo.Az xəbər verir ki, Gəncə Şəhər Sakini Cəfərova Munisə Yunis qızının idarə etdiyi "İveko" markalı yük avtomobili Səməd Vurğun küçəsində hərəkət edərkən əyləcdə baş verən nasazlıq nəticəsində əks hərəkət istiqaməti olan birtərəfli yola daxil olmuş və 6 avtomobilə zərər vurmuşdur.

Hadisə nəticəsində Şəmkir şəhər sakini Əsgərov Saleh Əsgər oğlu xəsarət almışdır.

Hadisə nəticəsində ölən olmamışdır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.






Son Xəbər