XƏBƏR, SOSİAL
25-05-2020, 21:51

ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb

ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.

"İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bununla yanaşı, dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmaqda davam edir", - baş direktor qeyd edib.






Son Xəbər