XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
25-05-2020, 12:28

Şəmkir sakini Prezidentə yazır: Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz

Şəmkir sakini Prezidentə yazır: Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz

Şəmkir şəhər sakini Kəmalə Bəndəliyeva Prezident İlham Əliyevə minnətdarlıq mətubu ünvanlayıb.

Qərbinfo.az-ın məlumatına görə məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Siz bu çətin günlərdə xalqımıza əsl ata qayğısı göstərdiniz və hamının qayğısına qaldınız. Bütün dünyada böyük itkilərə səbəb olan koronavirus pandemiyası ilə mübarizədə uzaqgörənliklə reallaşdırdığınız tədbirlər xalqımızı böyük itkilərdən xilas etdi.

Bütün bunlara görə Sizə “çox sağ olun” demək, təşəkkür etmək istəyirik. Fəxr edirik ki, Sizin kimi qayğıkeş Prezidentimiz var.

Pandemiya dövründə bütün ölkə əhalisinin, aztəminatlı ailələrin, sahibkarların qayğısını çəkdiyiniz, diqqətdə saxladığınız üçün Şəmkir rayonunun sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Ölkəmizin firavanlığı naminə siyasətinizi yüksək qiymətləndirir, Sizi dəstəkləyirik. Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Bəndəliyeva Kəmalə

Mirzəzadə Orxan

Hacalıyeva Rəfiqə

Azərbaycan Respublikası, Şəmkir rayonu."






Son Xəbər