XƏBƏR, SOSİAL
22-05-2020, 21:29

İş yerlərində sosial qaydalara əməl etməmək yoluxmanın artmasına səbəb olub

İş yerlərində sosial qaydalara əməl etməmək yoluxmanın artmasına səbəb olubİş yerlərində sosial qaydalara əməl etməmək, maska taxmamaq yoluxma hallarının artmasına səbəb olub.

Qərbinfo.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı bildirib ki, istər özəl, istərsə də dövlət qrumlarında hər hansı bir şəxsdə koronavirus infeksiyası aşkarlanarsa, həmin qurumların onunla təmasda olan bütün əməkdaşlarından test götürülür və pozitiv çıxdığı halda onlar dövlət hesabına müalicə olunurlar.

ATV kanalında yoluxma halına münasibət bildirən R.Bayramlı qeyd edib ki, kanalın 3 əməkdaşında yoluxma faktı qeydə alınıb: “Onlarla yaxın təmasda olan digər insanlardan testlər götürülüb və bu günlərdə testlərin cavabları bildiriləcək”.






Son Xəbər