XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
22-05-2020, 19:24

Şəmkir sakini Prezidentə yazır: Kütləvi yoluxmanın müşahidə edilməməsi Sizin gərgin əməyinizin nəticəsidir

Şəmkir sakini Prezidentə yazır: Kütləvi yoluxmanın müşahidə edilməməsi Sizin gərgin əməyinizin nəticəsidir

Şəmkir rayon sakini Həsənov Mehdi Müseyib oğlu Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qərbinfo.az həmin minnətdarlıq məktubunu təqdim edir.

"Hörmətli cənab Prezident.

İnternet saytlarından, mətbuatdan görürük ki, respublikanın müxtəlif bölgələrindən Sizə ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur. Xalqımızın koronavirus pandemiyası ilə mübarizədə az itki verməsi, kütləvi yoluxmanın müşahidə edilməməsi Sizin gərgin əməyinizin nəticəsidir. Respublikamızın başı üzərini qara bulud kimi alan pandemiya inanırıq ki, tezliklə tam aradan qaldırılacaqdır.

Əziz Prezidentimiz, şəmkirlilərin Sizə və Mehriban xanım Əliyevaya olan hörmət və rəğbəti sonsuzdur. Allah Sizlərə uzun ömür, cansağlığı versin.

Hörmətlə,

Həsənov Mehdi Müseyib oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu."






Son Xəbər