XƏBƏR, SOSİAL
22-05-2020, 10:25

36400 nəfər Şəmkir sakininin 190 manatla bağlı müraciətinə imtina gəlməsinin səbəbi?

36400 nəfər Şəmkir sakininin 190 manatla bağlı müraciətinə imtina gəlməsinin səbəbi?

Şəmkir rayonu üzrə 52506 nəfər 190 manat (birdəfəlik ödəmə) yardımla bağlı müraciət edilib.

Qərbinfo.az-ın məlumatına görə, 16106 müraciətə yardım təyin eilib.

Qeyd edək ki, yardım təyin edilən işsiz şəxslər 190 manat birdəfəlik yardım vəsaitini, ilk ayda “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsi ilə, sonrakı ayda isə SMS-lə göstərilən bankların plastik kartları vasitəsi ilə alıblar.

36400 şəxsə isə, (ünvanlı dövlət sosial yardım alan ailələrin üzvlərinə, əmək pensiyaçıları, aylıq müavinət və təqaüd alanlara, özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, işsizlikdən sığorta ödənişi alanlara, peşə hazırlığına görə təqaüd alanlara, 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, əri və ya arvadı sahibkar (aktiv VÖEN-i olan) olanlara) birdəfəlik 190 manat ödəmə verilməkdən imtina edilmişdir.






Son Xəbər