XƏBƏR, SİYASƏT
21-05-2020, 19:44

Polşa Prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qərbinfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına öz adımdan və Polşa xalqı adından ən xoş təbriklərimi və arzularımı çatdırıram.

Ortaq qəhrəmanlarımız general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə toxunaraq, ölkələrimizin və cəmiyyətlərimizin iqtisadi və sosial inkişafı üçün üzərimizə xüsusi bir məsuliyyət qoyan müasir çağırışları xatırlamalıyıq. Ümid edirəm və tam əminəm ki, ölkələrimizin iqtisadi inkişafı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə bu hədəflərə çatmağa xüsusilə kömək edəcəkdir.

Sizə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində, hərtərəfli inkişafında və bölgədə, eləcə də Avropa İttifaqı ilə güclü beynəlxalq münasibətlərin qurulmasında davamlı uğurlar diləyirəm".






Son Xəbər