XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
21-05-2020, 18:43

Şəmkirli gənc: "Gənclərimiz bacardıqları qədər töhfə verməyə çalışdılar" - MÜSAHİBƏ

Şəmkirli gənc: "Gənclərimiz bacardıqları qədər töhfə verməyə çalışdılar" - MÜSAHİBƏ

Pandemiya ilə əlaqədar olaraq ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu dönəmdə Şəmkir rayon gənclərinin sosial davranışları mövzusunda müsahibimiz "Şəmkir Gənc Tərbiyyəçilər Birliyi"nin sədri, Şəmkir şəhər 2 saylı körpələr evi uşaq bağçasının müdiri, Şəmkir rayonunun ictimai və sosial həyatında fəal iştirak edən gəncimiz Elvira Allahverdiyevadır.

Qeyd edək ki, E.Allahverdiyeva 1988-ci ildə Şəmkir şəhərində anadan olub. Bakı Asiya Universitetinin xarici dil filologiyası fakultəsini bitirib. Əmək fəaliyyətinin müxtəlif dövürlərində bir neçə orta məktəbdə müəllim vəzifəsində çalışıb. 2013-cü ildən isə 2 saylı Şəmkir şəhər körpələr evi uşaq bağçasında müdir vəzifəsində çalışır.

Salam, xoş gördük, Elvira xanım.

-Xoş gördük.

İlk sualımıza ölkəmizdə pandemiya ilə aparılan mübarizədə aktiv zümrə olaraq, sizin birliyin necə iştirak etməsi barəsində başlamaq istəyirəm?
Şəmkirli gənc: "Gənclərimiz bacardıqları qədər töhfə verməyə çalışdılar" - MÜSAHİBƏ

-Bildiyimiz kimi, pandemiya ilə əlaqədar olaraq ölkəmizdə "EvdəQal" kampaniyası həyata keçirildi. Biz də öz sosial məsuliyyətimizi anlayaraq bu kampaniyada fəal iştirak etməyə çalışdıq.

Konkret olaraq hansı işlər gördünüz?

-Biz birlik olaraq, ilk növbədə rayonumuzda körpələr evi-uşaq bağçalarının fəaliyyətlərinin xüsusi karantin rejiminin tələbləri çərçivəsində məhdudlaşdırılması səbəbi ilə balaca fidanlarımızın "EvdəQal" kampaniyası çərçivəsində təlim-tərbiyyəsinin həyata keçirilməsində fəal iştirak etdik. Beləki, “facebook.com”, “instaqram”, “vatsap” sosial şəbəkləri vasitəsi ilə onlayn məşğələlər təşkil etdik, uşaqların ev şəraitində belə təlim-təribiyyəsi ilə məşğul olduq.

Təşkil olunan məşğələlərdə hansı mövzular yer alırdı?

-Biz bütün mövzuları əhatə etməyə çalışdıq. Beləki, bilik təlimi, ətraf aləmlə tanışlıq, riyaziyyat, fiziki tərbiyə, Kəsib yapışdırma, musiqi, nağıl saatı, hətta oyun nümunələri həyata keçirdiyimiz məşğələlərdə yer alır.
Şəmkirli gənc: "Gənclərimiz bacardıqları qədər töhfə verməyə çalışdılar" - MÜSAHİBƏ

Bəs onlayn məşğələlərin təşkili zamanı valideyinlər buna necə reaksiya göstərdilər?

-Çox sevindirici haldır ki, valideyinlər bu prosesdə çox fəal iştirak etdilər. Demək olar ki, onlar da təlim prosesində bizimlə birgə çalışdılar. Hətta keçirilən məşğələlərin səmərəliliyini yoxlamaq məqsədi ilə məşğələləri qeydə alaraq, hazır video farmatda sosial şəbəkələr vasitəsi ilə valideyinlərə göndərirdik, onlar da təkrar olaraq uşaqlara nümayiş etdirirdilər. Mən bir faktı qeyd etmək istəyirəm ki, bu vasitə ilə, hətta bağçadan kənar uşaqları da təlim-tərbiyə prosesində iştirakını təmin edə bildik.
Mən yeri gəlmişkən, bu prosesdə valideyinlərimizin bizə yaxından köməklik göstərdiklərinə görə, birliyimiz adından dərin minnatdarlığımızı bildirirəm. Çünki onlarsız uşaqların təlim prosesinə cəlb olunması çətin olardı.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pandemiya ilə mübarizə aparmaq üçün ümumxalq anlayışnı özündə əks etdirən bir çağırışı oldu, “Biz Birlikdə Güclüyük” çağırışı. Qeyd edim ki, bu çağırışa qoşulmaq və daha aktiv rol almaq məqsədi ilə Şəmkir rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın təşəbbüsü ilə “Əl-Ələ Verək, Dəstək Olaq” layihəsi həyata keçirildi. Layihədə rayonda və xaricdə yaşayan şəmkirlilər də fəal iştirak etdilər. Onlar 11 minə yaxın aztəminatlı ailələrə, yaşlı insanlara maddi və mənəvi sosail dəstək göstərdilər.
Bu aksiyada “Gənc Tərbiyyəçilər Birliyi” olaraq iştirakınız oldumu, oldusa necə?


-Bəli, biz də bütün şəmkirlilər kimi bu aksiyada fəal iştirak etdik. Xüsusi karantin rejimi dönəmində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın həyata keçirdiyi proflaktik tədbirləri, məlumatları Rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi və “Qərbinfo.az” xəbər portalı vasitəsi ilə izləyirdik. Sözü gedən internet resurslarında belə bir paylaşım bizim diqqətimizi çəkdi. Paylaşımda Rayon İcra Hakimiyyətinin başçısı və Operativ Qərargah üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən apteklərdə, qoruyucu maskaların əldə olunmasında hər hansı bir problem yaşanmasının qarşısının alınması məqsədi ilə monitorinqlərin keçirildiyini gördük. Biz bu məsələdə dəstək olmaq üçün, öz təşəbbüsümüzlə evdə qoruyucu maskalar hazırlayıb, hər gün işə getməyə məcbur olan insanlara payladıq. Demək olar ki, bu təşəbbüs Şəmkirdə geniş vüsət aldı. Hətta müəllimlər, gənc könüllülər evlərdə maskalar hazırlayıb paylayırdılar.
Şəmkirli gənc: "Gənclərimiz bacardıqları qədər töhfə verməyə çalışdılar" - MÜSAHİBƏ

-Elvira xanım, ümümumiyyətlə xüsusi karantin rejimi dönəmində Şəmkir gənclərinin sosial davranışlarını xarakterizə edərkən, xüsusi olaraq nəyi qeyd etmək istərdiniz?

-Çox maraqlı və olduqca düşündürücü sualdır. Mən düşünürəm ki, gənclərimiz kifayət qədər aktiv rol aldılar. Misal üçün, “EvdəQal” kampaniyası çərçivəsində bizimlə bərabər, ayrı-ayrı gənclər sosial çarxlar hazırlayıb paylaşaraq, ölkəmizdə aparılan maarifləndirmə işlərində dəstək olmağa çalışdılar. Kim nəyi bacardısa etdi, etməyə çalışdı. Bilirsiz, sevindirici və qürur verici hal burasında idi ki, rayonumuzun bütün gəncləri, bacardıqları qədər töhfə verməyə çalışdılar. Məncə gənclərimiz bacardılar.






Son Xəbər