XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
21-05-2020, 12:51

Aprel ayı ərzində Şəmkir RİH-nə vətəndaşlar tərəfindən 68 müraciət daxil olub

Aprel ayı ərzində Şəmkir RİH-nə vətəndaşlar tərəfindən 68 müraciət daxil olub

2020-ci ilin aprel ayı ərzində Şəmkir Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 68 müraciət daxil olub.

Qərbinfo.az-ın məlumatına görə 41 müraciət öz həllini tapıb, digər müraciətlərə isə müvafiq izahatlar verilib.

Qeyd edək ki, müraciətlərdə, əsasən melorasiya və su təsərrüfatı, rabitə və informasiya texnologiyaları, müalicə və dərmanlarla təminat, kənd təsərrüfatı və fərdi yaşayış üçün torpaq payının ayrılması, məhkəmə qərarlarının icrası, işlə təmin olunmaq, ünvanlı sosial yardım, 190 manat birdəfəlik ödəmə ilə bağlı və s. məsələr yer alıb.

Tural Əliyev






Son Xəbər