XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
21-05-2020, 10:57

Şəmkirdən məktəbli Prezident İlham Əliyevə yazır: Biz şanslıyıq ki sizin kimi Prezidentimiz var

Şəmkirdən məktəbli Prezident İlham Əliyevə yazır: Biz şanslıyıq ki sizin kimi Prezidentimiz var

Şəmkir rayon Kür qəsəbə Hacı Zeynalabdin Tağıyev adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Həsənova Aygün Famil qızı Prezident İlham Əliyevə minnətdarlıq edir.

Qərbinfo.az-a daxıl olmuş həmin minnətdarlıq məktubunda deyilir:

Şəmkirdən məktəbli Prezident İlham Əliyevə yazır: Biz şanslıyıq ki sizin kimi Prezidentimiz var"Hörmətli Cənab Prezident.

Mənim 17 yaşım var. Mən də dünyada sürətlə yayılan koronavirus pandemiyası haqqında fikirlərimi bölüşərək bildirirəm: Dünyada yayılan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Amma Sizin operativ çalışmağınız nəticəsində ölkəmiz az itkilər verdi.

Qeyd edim ki, ilk koronavirusa yoluxan Azərbaycan vətəndaşı fevral ayının 28-ə təsadüf edirdi. 3 gün sonra dərhal artıq 2 martdan etibarən bütün ölkədə təlim-tədris müəssisələrinin fəaliyyəti dayandırıldı. Azərbaycanda hələ ilin əvvəlində Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Sizin tapşırığınız əsasında Operativ Qərargah yaradılmış, Operativ Qərargah həm mərkəzi, həm yerli icra orqanları ilə əlaqələnmiş, bu günə kimi bir neçə qərarlar tətbiq olunmuş və ən əsası karantin rejimi ölkəmizdə tətbiq olunmuşdu.

Qeyd etmək istəyirəm ki, Şəmkir rayonunda da sizin tapşırıq və tövsiynizə əsasən bu istiqamətdə əməli işlər görüldü. Beləki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargah yardılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qəraraların Şəmkir rayonunda icrası həyata keçirildi, eyni zamanda Sizin "BizBirlikdəGüclüyük" çağrışınıza qoşularaq Şəmkir rayonunda "Əl-Ələ Verək, Dəstək Olaq" aksiyası həyata keçirildi. Aksiyaya bütün şəmkirlilər qoşularaq, aztəminatlı və yaşlı insanlara sosial dəstək göstərildi.

Cənab Prezident, Siz hər zaman xalqımızın sağlamlığını ölkədə hər şeydən üstün tutmusunuz. "Biz Birlikdə Güclüyük" devizi altında etdiyiniz işlər bir daha necə fədakar Prezidentimizin olduğunu bizə sübut etdi.

Biz şanslıyıq ki doğma Azərbaycanımızın sizin kimi Prezidenti var. Allah sizi qorusun!

Aygün Həsənova, Azərbaycan Respublikası Şəmkir rayonu Kür qəsəbəsi."






Son Xəbər